WOW
WOW

Emin Alsu və milyarder ərinin boşanmasından danışdı

Emin Alsu və milyarder ərinin boşanmasından danışdı

Xalq artisti və iş adamı Emin Ağalarov Rusiyalı həmkarı Alsunun Moskva Musiqi Evində konsertinə qatılıb və qalmaqallı boşanmalarından sonra keçmiş həyat yoldaşları ilə münasibətini şərh edib. 

OLAY yazır ki, bununla bağlı Ağalarov “StarHit” nəşrinə açıqlama verib. 

Emin cütlüklə uzun illər dost olduğunu, lakin heç vaxt onların şəxsi həyatına qarışmadığını bildirib: 

“Mən Alsu ilə ayrı, Yan ilə ayrı dostam. Deyə bilərəm ki, hər ikisi heyrətamizdir! Mən heç vaxt ailələrə qarışmıram. Mən tamamilə neytral bir insanam”. 

Xalq artisti Alsunun keçmiş ərinə “yaraşıqlı” deyib və hər ikisi ilə asanlıqla ünsiyyət qurduğunu dilə gətirib: 

“Mən Yanla boşanma barədə danışmamışam və etməyi də planlaşdırmıram, çünki onunla əsasən iş və biznes haqqında danışırıq. Mən ona çox hörmət edirəm, məncə o çox yaraşıqlıdır. Amma onun ailəsində belə hadisələr oldu. Mən bu barədə şərh verməyəcəyəm, çünki heç bir təfərrüatım yoxdur. Mən onlarla asanlıqla danışıram: qardaş, bacı, necəsən”. 

Emin həmkarı Alsuya heyran olduğunu dilə gətirib: 

“Onun hər şeyi var - görünüşü, üslubu. Ən əsası isə bütün ölkə onun mahnılarını bilir. Alsu inanılmaz populyarlıq qazanan sənətçidir. Onunla işləmək əladır, o, çox incə şərqli insandır”. 

Xatırladaq ki, 41 yaşlı müğənni Alsu ilə 46 yaşlı milyarder iş adamı Yan Abramovun boşanması bu il mayın sonunda məlum olub. Cütlük 18 illik evliliklərinə bir göz qırpımında son qoyub. Keçmiş “ər-arvadın” üç övladı var. Onların ayrılması əmlak bölgüsü ilə qalmaqallar və Abramov tərəfindən xəyanət eyhamları ilə müşayiət olundu. Evliliyin pozulması repçi Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə əlaqələndirilib və Yanın 20 yaşlı qızla eşq yaşadığı haqda da sosial mediada söz-söhbətlər yayılıb.