WOW
WOW

Gəlinlər, başınıza qayınanalar qədər daş düşsün”

Gəlinlər, başınıza qayınanalar qədər daş düşsün”

Gəlin, gözəl ananın övladı ilə evlisən. Yemədi yedirtdi, üşüyəndə isitdi. Başınıza qayınanalar qədər daş düşsün. Hamınız evlənəndə unudursunuz. Evləndiyiniz adama hörmət edirsinizsə, anasına da hörmət edin”.

OLAY yazır ki, bu sözləri müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.

Gəlini tərəfindən qocalar evinə atılan ananı qucaqlayan sənətçi hər zaman qayınanaların tərəfində olduğunu vurğulayıb:

“Qarşısına bir qab yemək qoyub, ayağını yuya bilmirsiniz? Günah deyilmi? Qayınananı incidən gəlinlər Allaha cavab verəcək. Hər zaman qayınana tərəfindəyəm. Əgər sən qayınananaya hörmət edərsənsə, insan kimi yaxınlaşarsansa Allah və ailən tərəfindən mükafatını alarsan. Anaların övladını alırsınız, sonra onları yaşlılar evinə atırsınız”.

Ərinin dediklərinə etiraz edən Xoşqədəm bu mövzu da fikirlərini belə nəql edib:

“Bütün ana ana deyil. Uşağını atan ana ana deyil. Övladını düşünməyən ana deyil. Gəlinin borcu deyil oğlunu, qızını incidən anaya ana desin”.