“Azad Azərbaycan” (ATV) telekanalında efirə çıxmağa hazırlaşan aparıcı Zümrüd Bədəlova yeni verilişinin anonsunu paylaşıb.
OLAY yazır ki, televiziya ulduzu yeni layihəsinin tizerini instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
“Zümrüd ilə Gün Ortası” adlanan yeni verilişlə bağlı Bədəlova bu sözləri yazıb:
“Yazıb soruşanlar, illərdir məni səhər saatında izləyən tamaşaçılarım… Qayıtdım, həm doğma kanalıma ,həm də fərqli saatla ekrana. Tezliklə günün düz ortasında canlı-canlı başlayırıq. İllərdir tanıdığım ama yeni heyyətimlə həm maqazin,həm də əyləncəni təqdim etməyə gəlirik”
Qeyd edək ki, Zümrüd Bədəlova daha əvvəl ARB televiziyasında “Xəbər - ətər” və “Sözbaz” verilişlərinin aparıcısı olub. O yeni mövsümdən əvvəl sözügedən kanalla yollarını ayırıb.