Əməkdar artist Şəbnəm Tapdıq açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “Sayqa ilə...” verilişində toy məclislərinə getmədiyini bildirib.
“Bu haqda heçnəı eşitmək istəmirəm. Yox! Getmirəm! İlk gündən mən toylara getmirəm. Bu sözümdən söz çıxarmaq da lazım deyil. Mən toylara getmirəm. Əgər bir müğənni toya gedirsə bu onun şəxsi işidir. Mən onların işlərinə qarışmıram”, -deyə Şəbnəm vurğulayıb.
Proqramın aparıcısı Sayqa Cahidin “Bildiyimə görə zamanında yetərincə toylara dəvətlər almısınız” sözlərinə Ş.Tapdıq “Bəli, dəvətlər almışam. Deyiblər ki, qızımın adını səndən qoymuşam gəl məclisimizdə iştirak et. Bir dəfə uşağın xətrinə getmişəm (gülür). Amma şərt qoymuşam ki, cəmi 1-2 mahnı oxuyacağam” cavabını verib.