“25 ildir ki, ailəliyik. Bizim 3 övladımız var – bir qız və iki oğlan. Uşaqlarımın ikisi xaricdə təhsiil alırlar, digəri isə Bakıda, mənim yanımdadır və o peşəkarcasına musiqi ilə məşğul olur. Fortepiano və skripka alətində ifa edir. Həyat yoldaşım Azərbaycanı və adət-ənənələrimizi sevir. Onun ailəsi də adət-ənənələrə bağlıdır. Ərimin valideynləri rəhmətə gedib. O evin tək övladıdır. O hər zaman deyir ki, azərbaycan mənim ikinci Vətənimdir”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Fidan Hacıyeva “Apa TV”yə müsahibəsində deyib.
Sənətçi ingilis həyat yoldaşı, iş adamı Filippdən söz açıb:
“Biz Bakıda yaşayırıq. O mənə sənətimdə çox dəstək olur. Onun ən sevib və dinlədiyi müğənnilər Xalq artisti Zaur Rzayev, Əməkdar artist Aybəniz Haşımovadır. Avtomobildə də onlara qulaq asır. Onun həmdə mərhum Xalq artisti, kamança ustadı Habil Əliyevin musiqilərindən xoşu gəlir. Onu dinləyir. Milli musiqimizi o çox sevir. Anam bizimlə birgə yaşayır. O gözəl təamlar bişirir. Həyat yoldaşımda yeməklərimizi çox sevir. Övladlarım iki dildə yəni həm azərbaycan həmdə ingilis dilində sərbəst danışırlar. Ərim azərbaycan dilində az-az danışır, mən onunla yalnız ingilis dilində danışıram. Bir tək anam onunla azəbaycan dilində danışır çünki o ingilis dilini bilmir”
Müğənni dünyasını dəyişən qayınanası ilə münasibətlərindən də danışıb:
“Qayınanam sağ idi bizdə yenicə evlənmişdik. Günlərin bir günü ərimlə birinci dəfə İngiltərəyə qayınanamın evinə getdik. Gələndə gördüm ki, o məni qarşılamadı. Mənə onun evdə olmaması və qarşılamaması mənə çox təsir etdi. Çünki elə düşünürdüm ki, onu evində görəcəyəm. Gördüm ki, mikrodalğalı sobanın yanında kiçik bir məktub var. Onu qayınanam yazıb qoymuşdu. Məktubda yazmışdır ki, bu yeməyi qızdırıb, yeyərsiniz. Masanın üzərini bizim üçün bəzəmişdi. İki gündən sonra o evinə gəldi. Həyat yoldaşımdan soruşdum ki, o niyə belə etdi. Cavab verdi ki, anam bunu sən bu evdə özünü rahat hiss etməsi üçün etdi. Özünü öz evindəki kimi rahat hiss edəsən. Bu mənim çox xoşuma gəldi. Allah qayınanama rəhmət eləsin. Onu çox sevirdim. Qayınanam çox alicənab bir xanım idi. O, Bakını çox sevirdi. Bizim Bakıda çox maraqlı toyumuz oldu. O səhnədən düşmürdü və rəqs edirdi. İngiltərədə bizim toyumuz olmadı”.