WOW
WOW

Alim Qasımov həmkarlarını tənqid etdi

Alim Qasımov həmkarlarını tənqid etdi

“Uşaqikən atam mənə dedi ki, sənətkarlardan birinin yanında get, o sənə müəllimlik etsin. Mən də sənətkarlarımızdan birinin 6-7 ay arxasıyca düşdüm. Yüksək səslə Anadır arzulara hər zaman Qarabağ” mahnısını oxudum. Amma məni o sənətkar qəbul etmədi və mənə yol göstərmədi. Əlibaba Məmmədov üçün oxudum. O isə dedi ki, qol çəkirəm ki, Alimdən sənətkar olacaq”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Alim Qasımov qonaq olduğu “İzzət şou”da deyib.

Xanəndə bildirib ki, Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün maddi imkanı olmayıb:

“Məni qəbul etməyən sənətkar atamın harada işlədiyini soruşdu. Məndə dedim ki, “Neynirsiniz onun harada işləməyini. Dəmir yollarında”. O zaman Asəf Zeynallıda (Asəf Zeynallı adına Musiqi Məktəbi – red.) təhsil almaq üçün 2500 manat pul lazım idi. Məndə ailəmi, qohum - əqrabamı yığsaydım da o pulu toplaya bilməyəcəkdim”.

A.Qasımov həmkarının muğama olan dırnaqarası münasibətindən də söz açıb:

“İndi bəzi ifaçılar ürək yandırıb deyirlər ki, güya muğama “maya” qoyublar və istəyirlər ki, inkişaf etsin. O sənətkarlar muğamın qayğısına qalmamışdırlar”.