Dünyaca məşhur supermodel və iş xanımı Heyli Biber valideynləri - atası Stiven Balduin və anası Keniyaya oğlu Castin Biber Cek ilə ünsiyyət qurmağa icazə vermir.
OLAY yazır ki, bununla bağlı podium ulduzuna yaxın mənbə “Daily Mail” nəşrinə açıqlamasında bildirib.
Heylinin ailəsi ilə münasibətləri bir müddətdir ki, pisləşib. Əvvəllər anası ilə yaxın olan Heyli hamilə qaldıqdan sonra bunu aylarla ailəsinə demək istəmədiyi üçün münasibətləri korlanmağa başladı”, - deyə mənbə nəşrə vurğulayıb.
Atası sosial şəbəkədə onun və Castin üçün dualar istədikdə Heyli ailəsi ilə aralarına düşüb və o, onun həyatına qarışmasını istəmədiyini söyləyib. Bundan sonra Stiven Heyliyə dedi ki, Castin onu təqdim etməsəydi, onunla belə görüşməyəcəkdi. Heyli bundan məmnun qalmayıb.
Heyli Castinlə 2009-cu ildə “NBC” kanalında yayımlanan “Today” şousunda səhnə arxasında tanış olub. Cütlük 2015-ci ildə görüşməyə başlayıb. 2018-ci ildə Castin həmkarı Selena Qomezdən ayrıldıqdan üç ay sonra Heyli ilə romantikalarını yenidən alovlandırıb. Bu, Heylinin bu gün də məruz qaldığı Selenanın pərəstişkarları tərəfindən təhqir edilməsinin səbəbi idi.
Bir neçə ay əvvəl Stiven Bolduin qızının evliliyində problemlərlə bağlı söz-söhbətlər fonunda cütlük ətrafında şayiələri gücləndirən bir yazı yayımyıb. Gizli mənbənin sözlərinə görə, Heyli buna çox qəzəblənib.
İndi cütlüyün başqa problemləri var. Beləki, Castin Biber onun illər əvvəl musiqi prodüseri olmuş hazırda həbsdə olan repçi Pi Diddi (əsl adı Şon Kombs) ilə bağlı qalmaqallar fonunda problemlər yaşamağa başlayıb. Bəlli olub ki, müğənni yeniyetmə ikən repçi tərəfindən zorakılığa məruz qalıb.