Amerikalı müğənni Robert Kellinin Buku Abi adlı qızı 8 yaşında atası tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb.
OLAY yazır ki, dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) ilk məhkəmə iclaslarını gözlədiyi halda, onun həmkarı R Kelli artıq 30 illik həbs cəzasını çəkir.
Məlum olub ki, R Kelly 14 yaşlı xaç qızını necə zorladığını videoya çəkib.
“Mən sadəcə onun mənə toxunduğunu xatırlayıram. Nə edəcəyimi bilmədim, ona görə də elə uzandım və özümü yatmış kimi göstərdim”, - deyə qıza yaxın mənbə “People” nəşrinə müsahibəsində vurğulayıb.
Buku əlavə edib ki, uzun müddətdir ki, bunun həqiqətən onun başına gəldiyinə inana bilmirdi, çünki atası onun üçün “hər şey” idi.
“Bunu kiməsə söyləməkdən çox qorxdum”, - deyə Abi bildirib.
O, yalnız 10 yaşı tamam olanda baş verənləri anası ilə bölüşə bilib. Bundan bir müddət sonra qız anonim “Ceyn Dou” təxəllüsü ilə polisə şikayət ediblər. Lakin R Kelli cəzadan yaxa qurtara bilib.
Atasının zorakılığı qızın psixi sağlamlığına xələl gətirib. Hətta nə vaxtsa o intihar etmək fikrinə də düşüb. Yalnız onun həbsi ona bir qədər rahatlıq hissi gətirib. Çoxsaylı zərərçəkənlər, o cümlədən qadın və kişilər müğənnini azyaşlı ikən onlarla cinsi əlaqədə olmaqda ittiham ediblər. R Kelli, əslində bəzilərini köləliyə məcbur edib, həyatlarını tamamilə idarə edib və onları mümkün zorakılığa məruz qoyub.