İnsan alveri və zorlamada təqsirləndirilən dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı - Şon Kombs) vəkili Mark Aqnifilo açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, vəkil bildirib ki, məhbus sənətçi həbsxananın yeməklərindən çox narazıdır.
“Düşünürəm ki, yemək, yəqin ki, bütün bunların ən çətin hissəsidir”, - deyə Aqnifilo oktyabrın 10-da Nyu-York məhkəməsi qarşısında “E! News”-a açıqlamasında bildirib.
“Bəzən bir insanı nə qədər çox itələyirsənsə, o, bir o qədər güclü olur. Heç kim həbsxanada qalmağı sevmir”, - deyə repçinin ikinci vəkili Entoni L. Rikko əlavə edib.
Mənbənin sözlərinə görə, Diddinin məhkəməyə qədər qalacağı Bruklin təcridxanasında məhbuslara bir neçə növ yemək təklif olunur: “müntəzəm” yemək, ürək xəstəliyi olanlar üçün daha sağlam qida, həmçinin pəhriz və vegetarian seçimləri. Təqsirləndirilən şəxslərin yerli mağazadan yemək almaq imkanı da var.
“People” nəşrinin dərc etdiyim məlumata görə, Diddinin günü səhər 6-da dənli, meyvə və tortdan ibarət səhər yeməyi ilə başlayır. Həftə içi günlərdə nahar 11:00-da, axşam yeməyi isə 16:00-dan sonra verilir. Nahar hamburger, bişmiş balıq və ya mal əti dolmaları da daxil olmaqla əsas yeməklərdən ibarətdir və həftə sonları yerli aşbaz məhbuslar üçün omlet və peçenye hazırlayır.
Nahar üçün repçinin menyusuna toyuq, makaron və mal əti də daxildir. Daha sağlam menyuya mərcimək və bişmiş lobya daxildir.
Diddinin mağazada ala biləcəyi qida məhsulları siyahısına çili sousunda tuna balığı, bal çörəyi, anakardiya, hazır taxıllar və zülal tərkibli şirniyyatlar daxildir.
Xatırladaq ki, 54 yaşlı Pi Diddi cinsi zorakılıq, insan alveri və qətldə ittiham olunur. 10 ildir ki, repçi ulduzlarla evində əxlaqsız “ağ” partilər təşkil edib. Son illərin ən səs-küylü işlərindən biri üzrə məhkəmə prosesi 2025-ci il mayın 5-nə təyin edilib.