WOW
WOW

“Arvadı”ndan Durova doğum günü təbriki

“Arvadı”ndan Durova doğum günü təbriki

Bu gün “Telegram”ın sahibi, milyarder iş adamı Pavel Durovun 40 yaşı tamam olur. 

OLAY yazır ki, özünü Durovun arvadı kimi təqdim edən İrina Bolqar adlı qadın bu münasibətlə Paveli sosial şəbəkə hesabı vasitəsi ilə təbrik edib. 

Durovdan dünyaya 3 uşaq gətirdiyini iddia edən İrina onlar və Pavel ilə bərabər çəkilən fotonu instaqram səhifəsində yayımlayaraq bu sözləri yazıb: 

“Heç kim ad günündə hədiyyəsiz qalmamalıdır, onları şəxsən çatdıra bilmədikdə, biz Kainatın poçtalyonlarına güvənəcəyik”, - deyə İrina paylaşımına yazıb. 

Qeyd edək ki, Pavel Durov İrina Bolqarla heç zaman münasibətdə olmadığını bildirib. O sadəcə İrina ikə birlikdə valideyn olmaq qərarına gəldiyini söyləyib. Durov Bolqara pulu uşaqlara deyil, öz dəbdəbəli həyat tərzinə xərclədiyi üçün ona aliment ödəməyi dayandırıb. Bolqar özü bunu təkzib edir və əmin edir ki, əksinə, pulu qənaətlə xərcləyib, hətta xidmət işçilərini işə götürməyib. Durovun özü bu günlərdə Parisdə sevgilisi, kriptavalyutaçı Yuliya Vavilova ilə vaxt keçirir. O, bu yaxınlarda həbs zamanı (saxlanılan zaman onun yanında idi) Yuliyanın keçirdiyi stress səbəbi ilə övladını itirdiyini açıqlayıb.