“Mehin Hümbətovanın sözlərindən belə çıxdı ki, sənəti olan yox, sənəti olmayan toya gedir. Bu təhqir kimi səslənir. O bu sözləri cəmiyyət üçün deyir. Mehin söylədi ki, bütün müğənnilər toy bazarı üçün işləyir. Deyir ki, insanlar yaxşı mahnıları sevmir. İndi biz nə edək? Mən də onun bu sözlərini eynisini deyə bilərəm. Mənim oxuduğum mahnılar başqa bir dünyadır. Amma bizim adət - ənənələrimiz, gözəl toy məclislərimiz var. O məclislərə mən, sən, o getməsin. Bəs, kim getsin?”
OLAY yazır ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Xəbərin var?” verilişində deyib
Sənətçi bir müddət əvvəl həmkarı Mehin Hümbətovanın səsləndirdiyi “Hamı toy bazarına işləyir” fikirlərinə etiraz edib:
“Mehinin “Hamı toy bazarına işləyir” fikirləri yanlışdır. Deyir ki, amma mən toya getmək istəmirəm, çünki konservatoriya bitirmişəm. Bəs, bizim sənətkarlarımız konservatoriya və ya musiqi məktəbi bitirməyib? Mən özüm Bülbül adına məktəbinin fortepiano sinifinə getmişəm. Mən də musiqi məktəbini bitirmişəm. Elə sənətkarlarımız var ki, onlar musiqinin ali savadını alıb. Amma onlar da toylara gedirlər. Mehin deyir ki, mənim sənətim toya getməyə icazə vermir. Sənətkarların önündə bu sözü demək yanlışdır. Onun bu fikirlərinə hörmətlə yanaşıram. Amma bu sözləri bütün müğənnilərə aid etmək olmaz. Desin ki, bu fikirləri şəxsən öz adımdan deyirəm və mən toylara buna görə getmirəm. Amma deməsin ki, hamı toy bazarına işləyir və mənim konservatoriya bitirmişəm və buna görə də sənətim məclislərə getməyə icazə vermir. Hamıya şamil etmiş kimi səslənir. Misal üçün Mehin getsin toya və öz repertuarını oxusun. O qədər elit toy məclisləri olur ki... Mən də o məclislərə gedirəm və orada öz mahnılarımı oxuyuram”.