Bu günə qədər dizaynları ilə bir çox məşhur şəxsi geyindirən Amor Gariboviç səbirsizliklə gözlənilən “Phoenix Bloom” adlı yeni kutyur kolleksiyasını Venesiya Sarayında təşkil edilən möhtəşəm bir dəfilə ilə moda həvəskarlarına təqdim edib.
OLAY yazır ki, Serbiyadan Türkiyəyə uzanan yaradıcı yolçuluq çərçivəsində hazırlanan və böyük diqqətlə tərtib edilən 55 paltar Çağla Şikel ilə yanaşı yerli və xarici 50 model tərəfindən nümayiş etdirilib.
Hande Erçel, Sıla, Cemre Baysel, Sibel Can, Emina Yahoviç, Aybüke Pusat, Defne Samyeli ilə qızları Derin və Deren Talu, Damla Sönmez kimi bir çox məşhurun iştirak etdiyi Amor Gariboviçin “Phoenix Bloom” kutyur kolleksiyası dəfiləsi dəqiqələrlə alqışlandı.