WOW
WOW

Məşhur fenomendən 100 milyonluq dələduzluq

Məşhur fenomendən 100 milyonluq dələduzluq

"İnstaqramda" “Varboyletipler” hesabı ilə fenomen olan Kıvanç Talu və həyat yoldaşının piramida sistemi quraraq bir çox insanı 100 milyon lirə aldadaraq Portuqaliyaya qaçıb.

OLAY yazır ki, cütlük qaçmazdan dörd gün əvvəl aldatdıqları insanları evlərinə yığaraq “vida məclisi” təşkil ediblər. 

Kıvanç Talu və həyat yoldaşı Beril Talu tərəfindən qurulan piramida sistemi 6 ay əvvəl fəaliyyətə başlayıb. 

Reklam hazırlayan Beril Talu yaxınlarına zəng edərək "Böyük büdcəli reklam işi olacaq, amma şirkətlər əvvəlki kimi avans vermirlər. İlkin hazırlıqlar üçün pul lazımdır. 300 min TL göndərin, sonra sizə 600 min qaytaracağam” deyib. 

Beril Talu ilk aylarda ödənişlər edib. Lakin sentyabr ayından etibarən pulun qaytarılmasında problemlər yaranıb.

Cütlük pul ödədiyi hər kəsi bir yerə yığaraq sentyabrın 29-da İstanbulun Bəylərbəyindəki evlərində ziyafət verib. Gecədə Kənan Doğulu da səhnəyə çıxıb. Ziyafətdə Kıvanç Talu “Evdəki son məclisimizdir” deyərək sağollaşıb. 

Dörd gün sonra onlar Portuqaliyaya qaçıblar. İddia olunur ki, Beril Talu hətta manikür ustasının da kredit götürdüyü pulu alıb.. 100 nəfərin qurban olduğu bildirilib. Bu arada məlum olub ki, Beril Talu 20 milyon lirəni mənimsədiyi üçün əvvəllər işlədiyi reklam agentliyindən qovulub.