Müğənni Ülviyyə Namazova Rəngarəng verilişinə zəng edərək qardaşı Vüqar Namazovun bıçaqlanması ilə hadisəsindən danışıb.
OLAY yazır ki, sənətçi bildirib ki, hadisə 3 gün əvvəl baş verib.
“Qardaşım Vüqar Namazovun bıçaqlanması doğru xəbərdir. Hadisə 3 gün əvvəl baş verib. Bu gün artıq 3-cü gündür. Qardaşım qonşusu tərəfindən bıçaqlanıb. Məkanların birində onlar yeyib-içiblər. Sonra isə sözləri çəp gəlib. O qardaşımı Binəqədi ərazisində ağaclıq olan bir yerə aparıb. Orada ona 3 dəfə bıçaq vurub. Bağırsağına, mədəsinə və qarın boşluğuna vurub. Bu hadisədən sonra ərazini tərk edib. Məhləyə gələndən sonra isə qonşusu deyib ki, Vüqarı öldürmüşəm. Qardaşım qan itirə-itirə yola çıxıb ki, ölməsin. O bacardığı qədər qışqırıb ki, səsini eşitsinlər. Əgər onun səsinə hay verilməsəydi o artıq ölmüşdü. Qardaşımı “Semaşko”ya aparıblar. Orada ona ilkin tibbi yardım göstərilib. İndi isə vəziyyəti normaldır. Palataya köçürülüb. Cinayyəti törədən şəxs Binəqədi rayonu 43 saylı polis bölməsi tərəfindən saxlanılıb”, - deyə Ülviyyə vurğulayıb.
Vüqar Namazov bıçaqlanması ilə bağlı polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı OLAY-a bildirib ki, oktyabrın 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonunun 1-ci Mədən yaşayış massivi ərazisində 2002-ci il təvəllüdlü E.Ağaquliyevin aralarında yaranmış mübahisə zəminində 1985-ci il təvəllüdlü V.Namazova xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
***10:41
Müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazov bıçaqlandığı iddia edilir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Qeyd edilib ki, sənətçinin qardaşı Vüqar Namazovun 2 gün əvvəl 5 bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.
Məsələ ilə əlaqədar sözügedən tibb mərkəzi ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Ruzbeh Məmməd BAKU.WS-ə açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, hazırda Vüqar Namazovun səhhəti yaxşıdır və o yaxın günlərdə evə buraxılacaq:
"Palataya köçürülüb. Yaxın günlərdə evə buraxılması nəzərdə tutulub. Vəziyyəti stabildir".
Məsələ ilə bağlı Ülviyyə Namazovanın özü əlaqə saxlamağa çalışdıq. İfaçının meneceri Elmar bəy BAKU.WS-ə açıqlamasında məlumatı təkzib edib şaiyə olduğunu bildirdi.