Gizli mənbə bir çox Hollivud ulduzlarının hazırda həbsdə olan dünya şöhrətli repçi və musiqili prodüser Pi Diddidən (əsl adı - Şon Kombs) qorxmasının səbəblərini açıqlayıb.
OLAY yazır ki, 54 yaşlı repçi hazırda Bruklində federal həbsdə olsa da və iki dəfə zaminə buraxılması rədd edilsə də, Hollivudda çoxları Diddinin mümkün hərəkətlərindən ehtiyatlanır.
Həmin mənbə “People” nəşrinə bunlarını söyləyib:
“O, hələ də çox güclüdür. Bunu o vaxt da hamımız bilirdik. Nəzarət vəsvəsəsinə gəldikdə, hər kəs həmişə onun yaradıcı bir dahi olduğunu qeyd edirdi”.
Adı açıqlanmayan həmsöhbət repçinin uzun müddət cəzasız qalmağı necə bacardığına bir bu sözlərlə aydınlıq gətirib:
“O, inanılmaz dərəcədə ağıllıdır. Diddi, bir çox insanı tanıyır və bir çox insanlara kömək edib, ona görə də onların hamısı ona borcludur. Pi, bunu bilir və indi də insanların düşündüyündən daha çox şeyə qadirdir”.
Bir neçə gün əvvəl anası Canis Smalls Kombs musiqiçinin müdafiəsinə qalxaraq cəmiyyətin onun oğlundan “canavar” yaratmamağa səsləyib.
Xatırladaq ki, Pi Diddi hazırda həbsdədir. Onun həbsindən əvvəl keçmiş sevgilisi Kessi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrdən məcburi istifadə və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında repçinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan gel materialları aşkar edilib. İstintaq hesab edir ki, reper bütün bunlardan seks məclisləri üçün istifadə edib.