Bir gün əvvəl Kanye Uest və Bianca Sensorinin ayrıldığı və təxminən iki illik evlilikdən sonra boşanmağa hazırlaşdıqları məlum olub.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində arvadı ilə boşandıqlarına eyham vurub.
Belə ki, Uest həyat yoldaşı Sensori ilə birlikdə bütün fotolarını silib. İndi musiqiçinin instaqram səhifəsi belə görünür.
Bunu görən izləyicilər cütlüyün həqiqətən də münasibətlərinin “şəkər” olmadığı və onların tezliklə boşanacaqlarını yazıblar.