WOW
WOW

“Teatrdan aldığım maaşla dolana bilmirəm”

“Teatrdan aldığım maaşla dolana bilmirəm”

“Çalışdığım teatrdan 520 manat rəsmi maaş alıram. Xərclərimi hər zaman qeydini aparıram. Sentyabrda 4 min manata yaxın xərcim olub”.

OLAY yazır ki, bu sözləri Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası Zümrüd Qasımova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, çalışdığı sözügedən mədəniyyət ocağından aldığı məvacib ona yetmir:

“Söylədiyim kimi, 520 manat məvacib, “Prezident mükafatı” və əlilliyimə görə 360 manat müavinat alıram. Rəfiqəm, modelyer və dizayner Elnarə Bəkirova ilə açdığımız yaracılıq və incəsənət mərkəzi var. Orada da çalışıram. Bir tək teatrla dolanmıram. Həyat yoldaşım da mənə maddi köməklik edir. Hərdən özümə deyirəm ki, bu 4 min manatı özümə elə xərcləyə bilərdim ki… Bu 4 min manatın içinə avtomobilim krediti və digər ödənişlər daxildir. O 520 manat maaşla əlbəttə ki, mən heç cür dolana bilmərəm”.