WOW
WOW

Durov və sevgilisi ortaq övladını itirdi

Durov və sevgilisi ortaq övladını itirdi

“Telegram”ın yaradıcısı Pavel Durov ata olmağa hazırlaşdığını açıqlayıb. Lakin çox keçməmiş o acı xəbəri izləyiciləri ilə bölüşüb.

OLAY yazır ki, Pavel sosial şəbəkə hesabında sevgilisi Yuliya Vavilovadan ortaq övladının itirdiyini açıqlayıb.

İki gün əvvəl Pavellə Parisə uçan kriptokoç Yuliya Vavilovanın daşıdığı körpənin ürəyi dayanıb. İndi cütlük itkisinin öhdəsindən gəlməyə çalışır.

Durov sevgilisinin hamilə olduğunu avqustun 27-də polis bölməsində qaldığı üçüncü gün öyrənib. 

İş adamına şad xəbəri vəkili deyib.

“Dindirmələr arasında fasilə zamanı vəkilimdən soruşdum ki, sevgilim Yuliya dindirilməyə gələcəkmi? Dedi ki, onu gözləyirlər, amma gələ bilmir. Səbəblərini soruşmağa başladım. Qorxdun? Parisi tərk etdiniz? O, tərəddüd etdi. “O, hamilədir” dedi nəhayət. O an eşitməyi gözlədiyim cavab bu deyildi”, -deyə Durov yazıb.

Xoşbəxt bir təsadüflə, elə həmin gün Pavel həbsdən azad edilib və o, sevgilisinə qovuşub. Ancaq öz etirafına görə, cütlüyün əhval-ruhiyyəsi heç də şən olamayıb.

“Mən bildim ki, mən uzaqda olanda Yuliya çılğın təzyiqlərə məruz qalıb. Bəzi bloqçu onun Mossad agenti olması barədə şayiə yaymağa başlayıb. Digər insanlar polisi məni hava limanında götürməyə sövq edənin onun yazıları olması barədə absurd bir fikir irəli sürdülər. Cihazları müsadirə edildikdən sonra o, həftələrlə “Telegram” və “Instagram” hesablarına daxil ola bilməyib. Onun sosial mediada olmaması daha çox fərziyyələrə səbəb olub. Ona qarşı kiber zorakılıq davam edib. Yuliya möhkəm dayanıb. Amma məndən fərqli olaraq o, düşmənçiliyə öyrəşməmişdi. O, müharibə üçün yaradılmayıb”, - deyə Pavel vurğulayıb.

Milyarder paylaşımının sonunda övladının itkisindən necə xəbər tutduğunu danışıb:

“İki gün əvvəl hamiləliyini izləyən həkimə getdi. O, həkim kabinetindən mənə ağlayan emojilər göndərəndə 12 saatlıq iş günümün ortasında idim. Nə baş verdiyini dərhal başa düşdüm”, - deyə iş adamı yazıb.

Qeyd edək ki, bundan əvvəl Pavel Durov ilk dəfə övladı ilə, ehtimal ki, İrina Bolqardan olan fotosunu yayımlayıb.