WOW
WOW

“Şeron”un Rüstəmi Fransaya buna görə köçüb

“Şeron”un Rüstəmi Fransaya buna görə köçüb

“Şeron” qrupunun rəhbəri, müğənni Rüstəm Zeynallı Azərbaycandan köçərək Fransada yaşadığı üzə çıxıb.

OLAY yazır ki, hazırda Bakıda olan sənətçi “Elgizlə izlə” verilişinə gəlib.

 Rüstəm fransaya köçməsinin səbəbini övladlarının təhsili ilə əlaqələndirib:

“Övladlarım Fransada təhsil alır. Azərbaycanda da fəaliyyətim davam edir. Uşaqlarım əvvəl onlayn təhsil alırdı. Qərara gəldik ki, birdəfəlik oraya köçək”.

Qeyd edək ki, R.Zeynallının ailəsi ilə Fransaya köçmə xəbərini onun həmkarı Elnur Məmmədov qonaq olduğu verilişlərin birində açıqlayıb.