WOW
WOW

“Boynuma çox şər atdınız, haqqıma girməyin”

“Boynuma çox şər atdınız, haqqıma girməyin”

İnfluenser Həmayıl Ələsgərovanın keçmiş həyat yoldaşı Saməddin Cəfərlinin indiki xanımı Günel Cəfərli açıqlama yayıb.

OLAY yazır ki, instaqramda paylaşım edən Günel bu məsələdə adının hallandırılmamasını istədiyini deyib:

“Mənim adımı hallandırmayın bu mövzularda! Ağzı göyçəklər, bilib-bilmədən ağzına gələni yazıb məni daxil edir bu mövzulara, etməyin! Adamın əsəblərini pozmayın,bilib-bilmədən haqqıma girməyin! Evliliyim  boyu boynuma nahaqdan çox böhtan atdınız, səbrli oldum. Bəsdir! Bir şey olan kimi Güneli qatırsınız mövzuya”.

Qeyd edək ki, hazırda Saməddinlə Həmayıl arasında qalmaqal davam edir. Həmayıl Saməddinin oğlu Atilla üçün aliment ödəmədiyini iddia edir.