WOW
WOW

Xatirə sevgililərinə maşın alanlara səsləndi

Xatirə sevgililərinə maşın alanlara səsləndi

Müğənni Xatirə İslam tənqidi paylaşım edib.

OLAY yazır ki, o, instaqramda paylaşdığı videoda avtomobil idarə edə bilməyənlərə irad bildirib:

“Sözüm avtomobil idarə edə bilməyib yola çıxanlaradır. Bəzi insanlar var ki, maşını alıb kimlərəsə, həyat yoldaşlarına, sevgililərinə, qızlarına hədiyyə edirlər. Maşın sürə bilməyən insanlara avtomobil alıb qəza törətdirməyin. Küçədə maşın sürənlərin 30- 40 faizi maşın sürə bilmir. Onlar çıxıb kimə gəldi vururlar. Belə olmaz axı? Sürücülük vəsiqəsini alıb qoymaqla deyil. Sürə bilirsənsə, çıx, çölə”.