WOW
WOW

Naomi Kempbellə qadağa!

Naomi Kempbellə qadağa!

Bir neçə həftə əvvəl Bakıda keçirilərn Formula 1 idman yarışının qonağı olan supermodel Naomi Kempbellin xeyriyyə təşkilatının qəyyumluğu qadağan edilib.

OLAY yazır ki, bu, podium ulduzunun “Fashion for Relief” təşkilatından aldığı vəsaitin yalnız kiçik bir hissəsinin əslində xeyriyyəçiliyə getdiyi məlum olduqdan sonra baş verib.

Beləki, “Page Six” nəşrinin məlumatına görə, pulun qalan hissəsi modelin şəxsi ehtiyaclarına – uçuşlar, təhlükəsizlik, spa müalicələri və qaldığı lüks otellərə xərclənib.

2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər gəlirin yalnız 8,5%-i xeyriyyə işlərinə sərf edilib.

İstintaq həmçinin bildirir ki, Kempbellin həmkarı Byanka Hellmih xeyriyyə təşkilatından icazəsiz ödənişlər şəklində yüz minlərlə dollar alıb. 

Hellmihə doqquz il ərzində xeyriyyəçi kimi fəaliyyət göstərmək qadağan edilib.

Naomi özü də qalmaqala münasibət bildirib və fondun işləri ilə təkbaşına məşğul olmadığını, idarəçiliyi başqa insanlara verdiyini açıqlayıb:

“Xeyriyyəçiliyimə nəzarət etmədiyim üçün özümüz araşdırırıq. Nəzarəti vəkilə verdim. İndi baş verənləri araşdırırıq, çünki etdiyim hər şey və aldığım pullar xeyriyyə məqsədi daşıyır”. 

Qeyd edək ki, Naomi Kempbell 2005-ci ildə “Fashion for Relief” xeyriyyə təşkilatını təsis edib. Xeyriyyə fondunun toplanmasının məqsədi sosial cəhətdən həssas insanların həyatını yaxşılaşdırmaqdır.