“Mən belə qadınam. Amma mən heç zaman əməliyyata və cərrahın yanına getmərəm. Nəyəmsə oyam. Məni belə də seviblər”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi yaşı ilə bağlı heç bir kompleks keçirmədiyini bildirib:
“Hərdən mənə deyirlər ki, yaşını gizlətmirsən. Cavab verirəm ki, niyə gizlədim. Kiçik qızımın 33, böyük qızımın isə 34 yaşı var. 3 nəvəm var. Hələ də deyim ki, 35 yaşım var. Bu necə olur? Daha da öz yaşımla fəxr edirəm. Fəxr edirəm ki, nənəyəm. İnsan var ki, heç nənə olmayıb və bu gözəl nemətdən məhrumdur. Bu şeylərə nail olmuşamsa necə deyim ki, xoşbəxt deyiləm”.
Qeyd edək ki, A.Ələsgərlinin 57 yaşı var. Onun Əminə və Mədinə adlı iki qız övladı var. Mədinə hazırda İsveçdə yaşayır. Onun üç övladı var. Mədinə iki il əvvəl dünyaya qız övladı gətirib.