“Özümə layiqli bəy tapa bilmirəm” deyərək özünə toy edən Türkiyəli “TikTok” fenomeni Kübra Aykut intihar edib.
OLAY yazır ki, Kübra yaşadığı mənzilin 5-ci mərtəbəsindən özünü atıb.
Vəziyyətin ərazi mühafizəsi tərəfindən polis qruplarına bildirildikdən sonra hadisə yerinə çox sayda hüquq mühafizə orqanlarının nümayyəndələri gəlib.
Aykutun nəşi özəl xəstəxananın morquna aparılıb. Kübra intihar etməzdən əvvəl arxasında məktub qoyduğu öyrənilən zaman polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Dəhşətli hadisədən xəbər tutan Dilan Polat morqa gəlib. Bir müddət xəstəxanada gözləyən Polat polis qruplarından və xəstəxanadan məsələ ilə bağlı məlumat alıb.