Aparıcı Aytən Səfərova polisə müraciət edib.
OLAY yazır ki, o, instaqramda yeniyetmə qızların şəkillərini paylaşıb şantaj edən səhifə ilə bağlı “story” paylaşıb.
“Bu səhifə yeniyetmə qızların şəkillərini paylaşıb, daha sonra şantaj edir. Xahiş edirik, tədbir görülsün”.
O, paylaşımına “PolisAzerbaycan” rəsmi hesabı da işarələyib.