WOW
WOW

Aytən Səfərova “Azərİşıq”dan şikayətləndi

Aytən Səfərova “Azərİşıq”dan şikayətləndi

Aparıcı Aytən Səfərova “Azərİşıq”dan şikayətlənib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib.

“Suraxanı rayonu, “Zığ” yaşayış kompleksinin bir neçə binasının sakinlərinə (100-dən çox ailəyə) “Azərİşıq” cəmi 3 günə “cəmi” 100 manatdan aşağı olmayan sərfiyyat “yazıb” yapışdırıb qapılara... İndi sakinlər kimin yaxasından yapışıb öz haqlarını tələb etsinlər? Həftələrlə evdə olmayanlar o pulu nəyə görə ödəməlidir? Biri açıqlama versin...”, - deyə, Aytən bildirib.