Dünya şöhrətli pop ulduz Britni Spirs keçmiş əri Kevin Federlayna kiçik oğlu Ceyden Ceymsin bu yaxınlarda 18 yaşı olmasına baxmayaraq, aliment ödəməyə davam edəcək.
OLAY “TMZ” nəşrinin mənbələrə istinadən yazır ki, Spirs və onun keçmiş əri oğlu Ceyden 18 yaşı tamam olanda və ya orta məktəbi bitirəndə (hansı daha sonra baş verərsə) onun üçün aliment ödəməyi dayandıracağına razılaşıblar.
Ceyden yetkin olmasına baxmayaraq, hələ də orta məktəbdə oxuyur. Nəşrin məlumatına görə, Ceyden Havayda orta məktəbi erkən bitirmək niyyətindədir. Bu, noyabrda baş verəcək və ona qədər Britni onun saxlanması üçün aliment ödəməyə məcbur olacaq. Əvvəlcə mətbuatda yazdıqları kimi müğənni keçmiş ərinə ayda 20 min dollar ödəyirdi, lakin 2018-ci ildə uşaqlar tamamilə Spirsin keçmiş ərinin himayəsində olduğu üçün bu məbləğ ikiqat artırıldı. Lakin keçən ay müğənni böyük oğlu Prestonun 18 yaşı tamam olduğu üçün yenidən cəmi 20 min dollar ödəməyə qərar verib.
Qeyd edək ki, Britni Spirsin oğulları ilə çox çətin münasibəti var - onun iki övladı var: 18 yaşlı Ceyden və 18 yaşlı Preston. 2022-ci ildə Ceyden anasını açıq şəkildə tənqid edərək, onun onlara fərqli davrandığını və bunu hiss etdiklərini söyləyib. Və 2023-cü ildə Britni Spirsin bir ildən çox uşaqları ilə ünsiyyət qurmadığı və onların mesajlarına cavab verməyi dayandırdığı bildirilib. Ancaq bu ilin iyununda oğullarının onu “Analar Günü” münasibətilə təbrik etdiyi məlum olub.
Xatırladaq ki, 2008-ci ildə əsəb böhranından sonra Britni Spirs ona tam nəzarət edən atasının himayəsi altına keçib. Müğənni yalnız 13 ildən sonra onun qayğısından qurtula bilib.