WOW
WOW

Elza Seyidcahanın şəklini cırdılar - Video

Elza Seyidcahanın şəklini cırdılar - Video

Deputatlığa namizəd olan Əməkdar artist Elza Seyidcahanın posterini cırıblar. 

OLAY yazır ki, bu barədə sənətçi özü video paylaşıb və bu sözləri deyib:

“Dövlət başçımızın imzası ilə Əməkdar artist adını daşıyıram. Buna da hörmətiniz yoxdur? Xanımlığıma, analığıma, övladlığıma hörmətiniz yoxdur. Sizə rəqibəm, sağlam rəqabət aparıram. Niyə şəklimi cırdırırsınız? Maşınla keçirəm, görürəm, şəklimi yenə cırdırmısınız. Niyə sizin şəkliniz cırılmır? Allah özü böyükdür. Hər şeyi görür. Gəlirəm, dəstələməyə. İndi mən nə edim? Seçicilərimlə görüşlərə hazırlaşım, yoxsa təbliğat-təşviqat şəkillərimi cırdıranlarla məşğul olum?”.

Qeyd edək ki,  E.Seyidcahan namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.