Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyada filmə çəkiləcək.
OLAY yazır ki, sənətçi “Yolki – 11” ekran əsərində rol alacaq.
Fevralda Sankt-Peterburqa səfəri zamanı Burak şimal şəhərinə aşiq olduğunu və rus kinosuna çəkilmək arzusunda olduğunu bildirib.
Görünür, aktyorun bu arzusu gerçəkləşəcək. Belə ki, Burakın tərəfdaşı “Slova patsana” serialının ulduzu Ruzil Minekaev olacaq.
“Yolki - 11” filminin çəkilişləri Tatarıstanda aparılacaq. Filmin 19 dekabr 2024-cü ildə nümayişi gözlənilir.
Sənətçinin nə qədər qonor alacağı məlum deyil. Lakin B.Özçivitin bir günlük çəkiliş qonorarı 1,5 ilə 3 milyon rubl (təxminən 28 – 56 min manat) arasında dəyişir.