WOW
WOW

Cey Lo boşandığı ərinin evində

Cey Lo boşandığı ərinin evində

Dünya mediası Cennifer Lopez və Ben Afflekin ayrılmasını addım – addım izlədiyi bir vaxtda cütlük gözlənilmədən bir araya gəlib.

OLAY yazır ki, paparatsiyalar Cenniferi Benin evinin qarşısında yaxalayıb. Ulduz ora axşam saat beşə yaxın çatıb. Lopez ərinin yanında demək olar ki, beş saat keçirib. 

“Onun Bendən ayrılması o demək deyil ki, Cennifer, uşaqlar üçün narahat deyil. O, həmişə onların qayğısına qalırdı. Lopez ötən il ailəsi üçün mükəmməl ev axtarmaq üçün sərf etdi. İndi müğənni Los-Ancelesə qayıtdığına görə, o, məktəb başlamazdan və Violet kollecə getməzdən əvvəl onlarla daha çox vaxt keçirmək istəyir”, - deyə, Lopezə yaxın mənbə bildirib.