Müğənni İbrahim Tatlısesin küsülü olduğu qızı Dilan Çıtak Tatlıses növbəti dəfə qalmaqallı paylaşım edib.
OLAY yazır ki, Dilan atasının “Soyadımdan istifadə etməsin” ismarıcına cavab verib:
“Uzun müddətdir ki, təsdiqlənmiş hesab adı dəyişmək üçün axtarışdayıq. Onsuz da istəmədən əlavə etmişdim. Yaxın zamanda yalnız özüm kimi qalacağam. Bu, əladır. Üstümdən böyük yük qalxdı. Şükür edirəm”.