WOW
WOW

Sobçakın 1,9 milyonluq lüks mənzili

Sobçakın 1,9 milyonluq lüks mənzili

Rusiyanin epotajlı və qalmaqallı telejurnalisti Kseniya Sobçak son iki ildə xaricdə aktiv şəkildə daşınmaz əmlak alır. 2022-ci ildə teleaparıcının Dubayda mənzil aldığı məlum olub.

OLAY yazır ki, Kseniya bu haqda ilk dəfə açıqlama verib.

“Bəli, mən Dubayda mənzil almışam və burada təfərrüatlar var. Artıq 2 ildir ki, mediada xəbərlər gedir, amma heç bir mənbədə real məlumat yoxdur. Mən dedi-qodulardan yoruldum və hər şeyi sizə şəxsən söyləmək qərarına gəldim”, - deyə, Sobçak vurğulayıb.

Telejurnalist mənzilin alınmasını 2022-ci ilin martında başa çatdırıb. O, sahəsi 162 kvadratmetr olan üç otaqlı mənzili 1,6 milyon dollara hissə-hissə alıb. Mənzil “St. Regis Residences” adlı yaşayış kompleksində yerləşir. Hazırda iki hündürmərtəbəli qüllə tikilir və 2026-cı ildə hazır olması planlaşdırılır.

Mənzildə iki yataq otağı və geniş qonaq otağı olacaq. Pəncərələr Dubayın mərkəzinə, o cümlədən məşhur Burc Xəlifə göydələninə baxır.

Kseniya etiraf edib ki, son iki ildə onun daşınmaz əmlakı xeyli bahalaşıb. İndi bu mənzilin qiyməti 1,9 milyon dollardır.

Yaxşı qazanc əldə edə biləcəyini anlayan Kseniya mənzili satmağa hazırlaşır. Teleaparıcının sözlərinə görə, o, Rusiyada yaşamaq istəyir və BƏƏ-yə köçmək fikri yoxdur. Lakin rieltorlar onu inandırıblar ki, evi saxlamaq daha yaxşıdır, çünki qiymətin düşmnə ehtimalı yoxdur, əksinə artacaq. Gələcəkdə, ev tamamlandıqda, mənzil ildə 136 min dollara icarəyə verilə bilər - yəni, ayda təxminən 11 min dollara.

 Kseniyanın mənzilinin pəncərələrindən məşhur “Burc Xəlifə” göydələninin mənzərəsi olacaq.

Əvvəllər Kseniya qeyd edib ki, banklara etibar etmir, buna görə də qazandığı hər şeyi dərhal aktivlərə yatırmağa çalışır. Sobçak Əmirlikdə başqa bir mənzil almağa hazırlaşdığını, lakin sözügedən daşınmaz əmlakın başqa bir yerdə olduğunu söyləyib.

Sobçak İndoneziyada daha bir xarici mülk alıb. Belə ki teleaparıcı Balidə “PARQ Blue” yaşayış kompleksində villa alıb. Bu barədə Kseniyanın özü sosial şəbəkələrdə danışıb. İki yataq otağı və hovuzu olan villaların qiyməti 390 min dollardır. Yaşayış kompleksi okeanın sahilində yerləşir.