Dünya şöhrətli repçi Trevis Skott Parisdə saxlanılıb.
OLAY xarici mediaya istinadən yazır ki, buna səbəb bu gün səhər saatlarında Trevisin hoteldə cangüdəni ilə dava etməsi olub.
Hotelin mühafizəçisi tərəfləri ayırmaq üçün davaya müdaxilə etmək məcburiyyətində qalıb. Nəticədə musiqiçi özü də xəsarət alıb.
Polisdən verilən məlumatına görə, Skott həmin an sərxoş olub və o, həbs edilib.
Qeyd edək ki, bu Trevis Skottun ilk həbsi deyil. Belə ki, reper iyunda Mayamidə sərxoş vəziyyətdə əlbəyaxa olduğu üçün saxlanılmışdı.
Rəşad Əliyev