Məşhur aktyor cütlüyü İbrahim Çingiz və Aydan Axundzadə paylaşımları ilə diqqət çəkiblər.
OLAY yazır ki, aşiqlər müxtəlif yerlərdə birgə çəkilən görüntülərini sosial şəbəkə hesablarında yayımlayaraq evliliklərinin 3 ili tamam olduqlarını yazıblar.
İzləyicilər Çingiz və Aydan cütlüyünə yüzlərlə təbrik şərhi yazıblar.
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. İbrahim və Aydan cütlüyünün Mehriban adlı bir qız övladı var.
Rəşad Əliyev