WOW
WOW

Tolik Misirdəki hava limanından şikayətləndi

Tolik Misirdəki hava limanından şikayətləndi

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Misirə tətilə yollanıb.

OLAY yazır ki, bir həftəlik istirahətini başa vurub Şarm – ƏI – Şeyxdən Bakıya geri qayıdan Tolik oranın beynəlxalq hava limanında gərgin və xoşaqəlməz anlarla üzləşib.

Bu haqda məşhur sosial şəbəkə hesabında paylaşım edib. Tolik bildirib ki, sözügedən hava limanının əməkdaşları sərnişinlərə qarşı hörmətsiz davranış göstərirlər və antisanitar şərait höküm sürür:

“Şarm – Əl – Şeyxik hava limanı çox pintidir. Hava limanının əməkdaşları ayaqqabıdadırlar amma sərnişinlərə ayaqqabılarını çıxarılmasını və ayaqyalın olmalarınə tələb edirlər. İnsanlara qarşı çox pis rəftar edirlər. Azərbaycan sözünü deyəndə başlarına daş düşür. Bilmirəm niyə? Bu təhlükəsizlik deyil, mundarçılıqdır”. 

Rəşad Əliyev