WOW
WOW

“Kimdənsə nəsə dilənmirəm!”

“Kimdənsə nəsə dilənmirəm!”

Müğənni Roza Zərgərlinin oğlu Jerard Qafarov yeni açıqlama yayıb.

OLAY yazır ki, o, ifaçının mediada səsləndirdiyi fikirlərdən sonra bu sözləri qeyd edib:

“Kimdənsə nəsə dilənmirəm. Sadəcə insanlardan mənə dəstək olmaqlarını xahiş etdim. Bir söz eşitmişdim. Deyirlər ki, ekranda gördüyümüz şey gözəldir, amma onun kamera arxası var. Bilib-bilmədən danışmayın”.

Qeyd edək ki, bu günü R. Zərgərli oğlunun instaqramda kömək istəməsinə reaksiya vermiş, o, “Sağlamlıq problem olan insanlar belə dilənmir”, - deyə, bildirmişdi.