Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən yumorist Maksim Qalkin onun və həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, Qalkin “Alla Puqaçova ilin sonuna qədər Rusiyada böyük solo konsert vermək istəyir. Bu səbəbdən avqustun sonunda övladları ilə birgə danışıqlar aparmaq üçün vətənə gələcək. Həmçinin, əri Qalkinin xarici agentliyi ilə problemi həll etməyə çalışacaq” xəbərinin yanlış olduğunu vurğulayıb.
Maksim “Başdan sona kimi uydurmadır. Onları Allanın Rusiyaya getdiyini düşünməyə vadar edən nədir? Onlar buna necə uydururlar? Hansı ətraf? Bu prodüser kimdir? Niyə müxtəlif instansiya məhkəmələrində həqiqəti müdafiə etmək Rusiyada fəaliyyətini davam etdirmək istəyi kimi qəbul edilir?” deyə fikirlərini yazıb.
Rəşad Əliyev