WOW
WOW

“Yeddi günə yetmiş il yaşlanan qızım”

“Yeddi günə yetmiş il yaşlanan qızım”

“Dürdanə xanım, Xocalı balam! Xocalı faciyəsini çiynində daşıyan, yeddi günə yetmiş il yaşlanan qızım.
Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi… Görən görürdü”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova Xocalı şahidi Dürdanə Ağayeva haqqında yazıb. O, mərhumla bağlı bu sözləri qeyd edib:

“Allah sənə rəhmət eyləsin... Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun. Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat uyu, qızım...”.