“Ağadadaş Ağayev söyüş söyərək dedi ki, “klinikanı da bağlatdıraram”.
OLAY yazır ki, bu sözləri “Tv Musavat”ın canlı efirində MedEra hospitalının mühafizəçisi Nurəddin Cəlilov deyib.
O qeyd edib ki, hadisə baş verməzdən əvvəl işə təzə gəlibmiş: “Mən səhər işə başlayan kimi Ağadadaş Ağayev mənzilinin balkonundan qışqırmağa başladı. Onun dediyi söyüşləri ətrafda olan bütün insanlar eşidirdi. Həmin insanlar da polis bölməsində öz izahatlarında bunu qeyd ediblər. Bu adam deyir ki, ətrafda heç kim yox idi? Onun dediyi sözlər hər kəsin yadındadır və dəfələrlə təkrar edir ki, lazım olsa mən sənin işlədiyin klinikanı da bağlatdıraram”.