WOW
WOW

“Dünyanın ən xoşbəxt bacısıyam”

“Dünyanın ən xoşbəxt bacısıyam”

“Dünyanın ən xoşbəxt bacısı bu gün mənəm”.

OLAY yazır ki, bu sözləri “Qafqazinfo”ya Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərovun bacısı Xədicə Ağayeva deyib.

“Çox sevincliyik. 16 ildən sonra bu idman növündə Hidayətin sayəsində Azərbaycan çempion oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Yarışın Fransada keçirilməsi və Hidayətin məhz fransıza qalib gəlib bayrağımızı ucaltması ikiqat sevincdir. Mən də bacısı olaraq Hidayətə təşəkkür edirəm. Onunla fəxr edirik”, - o qeyd edib.