WOW
WOW

“Ruhunuzu qıdıqlayacağam”

“Ruhunuzu qıdıqlayacağam”

Aktyor Fərda Amin “Selfinaz 2” adlı “stand up” şousu ilə tamaşaçıları bir araya yığacaq.

OLAY yazır ki, tamaşada istifadə ediləcək ssenari Fərda Amin və Təvəkkül Mehrəliyev tərəfindən 5 ilə ərsəyə gətirilib. Yaradıcı heyətin sözünə görə, məhz “Selfinaz 2” də Azərbaycan “Stand up” dünyasında yeni bir mərhələ hesab ediləcək. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edəcək.

“Mən də hamınız kimi Allahın əsəriyəm. “Selfinaz 2” bu əsərin yenilənmiş təqdimatıdır. Gülüşün dadı ürəkdən gülməkdə yox, ruhun gülməyidir. Ruhunuzu qıdıqlayacağam”, - deyə, Fərda bildirir.