Türkiyənin məşhur stəndapçısı Hasan Can Kaya saxlanılıb.
OLAY yazır ki, hadisə 1 həftə öncə baş verib. Belə ki, Hasan partilərin birində qarşılaşdığı gənc qızı evinə aparıb. İçkili olan aktyor daha sonra 23 yaşlı xanımın mənzildən çıxışına icazə verməyib.
Bu zaman gənc qız dostlarına olduğu məkanı göndərərək evdə zorla saxlanıldığını yazıb. Kayanın evinə polis əməkdaşları basqın edib.
Qız bölmədə Hasan Candan şikayətçi olmadığı üçün sərbəst buraxılıb.