WOW
WOW

Sevinc onlara qəzəbləndi!

Sevinc onlara qəzəbləndi!

Aktrisa Sevinc Əliyeva son açıqlamalarının təhrif olunmasından gileylənib.

OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşımlar edib. O bildirib ki, “Qapqara” verilişində səsləndirdiyi fikirlər fərqli formada təqdim olunub:

“Utanmırsınız?! Heç insanlıq qalmayıb?! Bir müsahibədən iki fərqli sualın cavabını bir başlığa yazıb nə qazanırsınız?! Birincisi, açıq-saçıq yox, toxunuşla bağlı sual olub və bu ölkədə yaşayan insan olaraq norma çərçivəsində! Bədiiliyə uyğun çəkilmək olar demişəm! İkincisi, pula görə isə... Karantin vaxtı gündəlik seriallarda işləməyimlə bağlı cavab idi ki, onlar sənət əsəri olmasa da, ailəmi dolandırmışam!  Bəli, mən ailəmi saxlamaq üçün karantin vaxtı eyni zamanda 2 serialda çəkilmişəm “pula görə”. Hansı ki, siz də eyni pula görə iki fərqli cavabı birləşdirib yalançı başlıq yazıb reytinq yığırsınız, hörmətli jurnalist ola bilməyən mediya nümayəndəsi!”.