WOW
WOW

“Diplomlar şadlıq evinə işləyir”

“Diplomlar şadlıq evinə işləyir”

Əməkdar artist Teymur Əmrah müəllimlik fəaliyyətini sonlandırıb.

OLAY yazır ki, sənətçi “7 tamam” verilişində aparıcı Nanə Ağamalıyevanın “Tələbələriniz yenə varmı” sualını cavablandırıb və bu addımının səbəbini açıqlayıb.

“Mən müəllimlik fəaliyyətinə son demişəm. Çünki Azərbaycanın mədəniyyət sahəsinə aid olan ali məktəblərinin diplomları şadlıq evinə işləyir. Ona görə də mən istəmirəm, gələcəkdə ensiklopediyada yazsınlar ki, əsrin bu ilindən bu ilinə qədər bu pedaqoqlar, müəllimlər toyxanaya kadr hazırlayıblar. Mənim beş tələbəm Əməkdar artist, bir tələbəm Xalq artistidir. İki tələbəmi ulu öndər Heydər Əliyev qızıl kitaba salıb. Prezident mükafatçılarıdır. Bura qədər bəsdir. Bundan sonra nə olacaq, Allah şəfa versin, kömək olsun”, - deyə, o, söyləyib.