WOW
WOW

“Bəlkə paxıllıqdır içinizdəki?”

“Bəlkə paxıllıqdır içinizdəki?”

“Paxıllıq hissi bir çoxunu məhv edir. Sağlam rəqabət insanları irəli apara bilər, ancaq paxıllığa başqa don geyindirib, yüz bəhanə tapanlar bu həyatda heç vaxt xoşbəxt ola bilməzlər”.

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O, fikirlərinə belə davam edib:

“Biri bir az irəli gedən kimi, ay mən dedim ona fikri, ay mənim ideyam idi, mən məsləhət etdim, məndən öyrəndi, mən daha yaxşıyam, amma adamım yoxdur, ay nə bilim mən, mən, mən demək əvəzinə “biz” deməyi öyrənin. 

Hər bir uğurlu işdə bir-birinizə dəstək olsanız, ətrafınızda uğurlu insanlar nə qədər çox olsa, o qədər də güclü olacağınıza əmin olun. Güc birlikdədir - bir-birinə mane olmaqda deyil. Həyat bumeranqdır. Nə əksəniz, onu da biçəcəksiniz. 

Qəlbinizi təmiz saxlayın, pis fikirləri beyninizə gələndə qovun. Qarşınızdakını pis görürsünüzsə, bu onun pis adam olduğu anlamına gəlməyə bilər, bəlkə siz onu elə görmək istəyirsiniz, bəlkə paxıllıqdır içinizdəki? Bəlkə də başqa səbəblər. Özünüzü (fikirlərinizi, hisslərinizi) anlamağa çalışın ilk növbədə. 

Sonra beyninizi və qəlbinizdəki hissləri çirkabdan təmizləyin”.