WOW
WOW

“Sildiyimizi sübut et” – Asya danışdı

“Sildiyimizi sübut et” – Asya danışdı

Bloger Asya İsmayılova (Fuad)  instaqramda kifayət qədər populyar olan “Birkahvebingiybet” adlı maqazin səhifəsini bağlatdıranlar sırasında adının hallanmasına münasibət bildirib.  

OLAY yazır ki, o, sosial şəbəkə hesabında canlı yayıma qoşularaq iddialar barədə danışıb:

“Fuad ( Həyat yoldaşı Fuad İsmayılov- red) xəbərdarlıq etdi ki, postlarını şikayət edib sildirəcəm. Mən tənqidə açıq biri deyiləmsə, o səhifədə haqqımda neçə post var. Paylaşdığı ağır idi, ona görə də şikayət etdim. Həmin səhifə elə bilirdi ki, Fuadı özüm onun üstünə göndərmişəm. Onun davasında yoldaşı necə arxasında durmuşdusa, yoldaşım da mənim arxamda durdu. 2 yanvarda dedim ki, bundan sonra sənə haqqımda paylaşım etməyi qadağan edirəm. Mənə fikrini normal bildirməlisən, təhqir edə bilməzsən. Görünüşümə lağ edib, buna sakit gülüb keçmək olmaz. Əlbəttə ki, tənqidə hazır olmalıyıq. 

Tənqid adıyla gizli təhqir edir. Bu, xoş deyil. Yazmışam ki, qorxundan 1-2 nəfərə ilişə bilmirsən. Belə haqlı paylaşımlar edəndirsə, haqlı paylaşsın. Niyə paylaşmır? Niyə ancaq Asya, Sabi, Aynişan? Başqa blogerlər yoxdur? Mən bu paylaşımlara qarşı deyildim. Hətta təhqir yazılanları da atmışam ki, bunu sil, deyəsən, görməmisən.

Fuadla videomun oxşarını paylaşmışdı ki, guya oradan götürmüşük. Bildirmişdim ki, sonradan görmüşük. Həmin vaxtı sildirə bilərdim, amma ehtiyac olmadı. Şəxsiyyətimə toxunana qədər imiş demək ki... Sənə görünüşümə lağ etmək yaraşır? Rəfiqəm hamilədir, onu da lağa qoyub. Deyəcək, özünüzdən uydurursuz, mən ad çəkmirəm. Mənim və rəfiqələrimin şikayətlə sənin səhifəni bağlatdırdığımızı görüntülərlə sübut et. Söhbət müəllif hüquqlarından gedir. İnstaqram bizə belə bir haqq verir ki, simanın başqa hesablarda paylaşırsa, şikayət əsasında silə bilər”.