“Səndən nigaranam” ifası ilə dinləyicilərimizə tanış olan Azərbaycanın və Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva Xarıbülbül festivalında çıxış edib.
OLAY yazır ki, sənətçi Xalq artisti Gülyanaq Məmmədova ilə “Qaragöz” mahnısını səsləndirib.
Səhnədə onları hər iki ölkəyə məxsus milli geyimdə olan rəqqasələr müşayiət edib.