Müğənni Səidə Sultan Tiktoker Ləman Vəliyevanın mərhum Əməkdar artist Aygün Bəyləri təhqir etməsinə reaksiya verib.
OLAY yazır ki, bu barədə Səidə instaqramda paylaşım edib.
“Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək. Çünki Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. Sən Aygün Bəyləri təhqir etməklə, musiqimizi təhqir etmiş oldun. Hər kəs yerini bilsin. Lazım gələndə bir olub böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq”, - deyə Səidə bildirib.
Qeyd edək ki, tiktoker mərhum sənətçinin ünvanına nalayiq ifadələr səsləndirib. Bununla bağlı A. Bəylərin yaxınları polisə müraciət edib.