Olay
Olay

“Başqa millətdən qız alıb, xoşbəxt olacaqsa, burada nə var ki?”

“Başqa millətdən qız alıb, xoşbəxt olacaqsa, burada nə var ki?”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva övladları Məhəmməd və Həsənlə bağlı açıqlamalar verib.

OLAY yazır ki, iş xanımı bu barədə RTV-nin “Onunla açıq söhbət” layihəsində danışıb. R. Əliyeva “Oğullarınızın xarici vətəndaşla ailə qurmaqlarına razı olarsınızmı” sualına bu cavabı verib:

“Uşaq evdə nə görürsə, həmişə onu götürür. Məni izləyən insanlar bilirlər ki, Vətənimə, millətimə həmişə fəxarətlə yanaşmışam. Çalışmışam ki, millətim, dövlətim üçün dəyərli, yararlı insan olum. Evimdə də, işimdə də böyük Azərbaycan bayrağı dalğalanır. Hətta onun yanında da Türkiyə bayrağı var. Uşaqlarım da bunu görürlər. Genetik faktorlar önəmlidir. 

Onların atası da, anası da vətənpərvərdir. Mümkün deyil ki, onlar vətənini, dövlətini, bayrağını sevməsinlər. Onların bir videosu var, bu söhbətlə birgə yayımlayarsınız. 5 yaşlarında Azərbaycan himni oxuyurlar. Müəllim pianoda ifa edir, onlar da dəcəllik edə-edə səsləndirirlər. İçlərindən gəlir. Onlar 44 günlük müharibəni mənimlə bərabər yaşadılar. Ətraflarında görürlər ki, hər kəsdə bu sevgi var.

Gələk, əsas məsələyə, sizin sualınıza... Vətənini sevən onsuz da sevəcək. Başqa millətdən qız alıb, xoşbəxt olacaqsa, burada nə var ki? Qoy, ingilis, alman, rus qızı olsun. Başqa millətdən olan bir xanıma vətənini sevdirməyə çalışsın. Azdır Azərbaycanda başqa millətin qızı ilə evlənən? Tanıdığım ailələr var. Mükəmməl ana və həyat yoldaşıdırlar. Əgər onunla xoşbəxt olacaqsa, gələcəyini onunla qurmaq istəycəksə və mən azərbaycanlı qız alıb onu bədbəxt edəcəyəmsə, bunu etmərəm. Bir rus qızı gəlsin Azərbaycan mətbəxini, mədəniyyətini bilsin, vətənimizi, bayrağımızı sevsin. Əsas oğlumu xoşbəxt etsin. O, xoşbəxt olandan sonra bunların hamısını ona etdirəcək, onu müsəlman edəcək”.