Altı aydan sonra həbsxanadan çıxan fenomen Nihal Candan ilk dəfə açıqlama verib.
OLAY yazır ki, o, həbsdə yaşadıqları ilə bağlı “Kanal D”nin xəbər buraxılışına danışıb:
“Psixoloji cəhətdən çox çətin idi. İnsan ailəsi üçün darıxır. Mən şanslı idim ki, ailəmdən bir parça yanımda idi. Bir-birimizə dəstək olduq. Xəstəliyimlə bağlı çətinlik yaşadım. Polislərdən çox həkim gördüyüm bir dövr idi. İçəridə bufetimiz var idi, oradan alış-veriş edirdik, seriala baxırdıq, kitab oxuyurduq. Mənim heç vaxt sosial şəbəkələrdən pul qazanmaq fikrim olmamışdı. Əlbəttə səhvlərimiz oldu. Bundan əlavə uşaqlara pis örnək olmuşamsa da, üzr istəyirəm. Ailə olaraq dərdimiz Bahar azadlığa çıxanda bitəcək. Onu görməyə gedə bilməyəcəyəm, çünki fobiyam var. Biz Seçil Erzanla (Arda Turan kimi futbolçuları aldadan bank işçisi - red.) eyni yerdə qalırdıq. Onunla problem yaşamadıq. Hətta o, xəbərləri izləmək istəmədiyi üçün biz də baxmırdıq”.